18.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov və regional idarənin əməkdaşları 18 May Beynəlxalq Muzeylər günü münasibətilə Gəncə şəhərində fəaliyyət göstərən muzey müəssisələrində olmuş, muzey işçilərinin peşə bayramlarını təbrik edərək, onlara işlərində böyük uğurlar arzulamışlar.
Hörmətli muzey işçiləri bayramınız mübarək!