Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncənin muzeylərini tanıyaq” adlı onlayn ekskursiya keçirilib.

18.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 17.05.2021-ci il tarixində 18 may Beynəlxalq muzeylər günü münasibətilə “Gəncənin muzeylərini tanıyaq” adlı onlayn ekskursiya keçirdib Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq 18 may Beynəlxalq Muzeylər Günü haqqında qısa məlumat verdi. Daha sonra Gəncə Tarix Diyarşünaslıq muzeyinin elmi işcisi Fidan Böyükbabalı Gəncə Tarix Diyarşünaslıq muzeyi haqqında geniş məlumat verdi. Tədbirdə  Laçın rayon Nərmaniya kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Xasayeva muzeylər günü haqqında çıxış etdi.

Sonda tədbirdə Heydər Əliyev Mərkəzinin direktor əvəz edicisi İlknur İsgəndərova çıxış edərək Heydər Əliyev Mərkəzi haqqında məlumat verdi və Mərkəzin bələdcisi Könül Süleymanova Mərkəzi tədbir iştirakçılarına virtual tanış etdi.

Tədbirdə Laçın rayon Nərmaniyə kənd orta məktəbinin şagirdləri və Gəncə şəhər 20 nömrəli orta məktəbin şagirdləri iştirak etdilər.