Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev dühası uca zirvədir”adlı dəyirmi masa keçirilmişdir

07.05.2021

07.05. 2021-ci il tarixdə Gəncə şəhər Mədəniyyət  Mərkəzində Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş  “Heydər Əliyev dühası uca zirvədir”adlı dəyirmi masa keçirildi.

      Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq qeyd etdi ki, bugünkü Azərbaycan dövlətçiliyimiz, müstəqilliyimiz  Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır,  Onun müdrük siyasətinin , yorulmaz fəaliyyətinin məhsuludur.

O, düşüncəsi, zəkası, təbiəti baxımından da memar idi. Heydər Əliyev unikal şəxsiyyət idi. Onun dövlət başçısı ,müdrik siyasətçi kimi unikallığı yeni iqtisadi münasibətlərin formalaşması üçün heç kimin görə bilmədiyi nəticələri əvvəlcədən görə bilməsi idi.

                  Sonra Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov çıxışında qeyd etdi ki, Azərbaycan və Heydər Əliyevin adları əsrlər boyu qoşa səslənəcək . Çünki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi Ümummilli liderimizin həyat yolu, amalı qayəsi idi.

Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  3 saylı kitabxana filialının əməkdaşları və ərazi sakinlərindən bir qrupu iştirak etmişdilər

Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbir pandemiya şəraitinə uyğun olaraq keçirilmişdir.