16.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin oxuculara xidmət şöbəsinin abonement bölməsi birgə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi munasibətilə "Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı və obrazı " mövzusunda videokonfrans keçirmişdir.Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Həsənova Nuranə,AMEA -nın Nizamişunaslıq üzrə doktoru Əlimuxtar Muxtarov ,Nizami Gəncəvi Məqbərə kompleksinin direktoru Gülnarə İsmayılova, Gəncə Dövlət Universitetinin dosenti filologiya elmləri üzrə fəlsəfə doktoru Namazova Səba ,Gəncə Maarif Evi İctimai birliyinin təsisçisi Vəliyev İmamverdi,Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə Baş məsləhətçisi Əliyev Süleyman , Samux rayon MKS -nin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Əliyeva Vüsalə ,Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Cəfərova Xanım və digərləri iştirak etmişdir.Tədbiri giriş sözüylə açan Nəsibova Telli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021- ci ilin "Nizami Gəncəvi ili" elan olunması haqqında sərəncam imzaladığını qeyd etmişdir. Tədbirdə həmçinin AMEA-nın Nizamişünaslıq üzrə doktoru Əlimuxtar Muxtarovun "Nizami Gəncəvi obrazı Bədii ədəbiyyatda "adlı kitabının təqdimatı keçirildi .Əlimuxtar Muxtarov kitab haqqında geniş məlumat verərək Nizami Gəncəvi haqqında ,Nizami Gəncəvi haqqında yazılan əsərlər və onların müəllifləri haqqında ətraflı məlumat vermişdir. Tədbirdə iştirak edən qonağların hər biri Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında çıxışlar etmiş .Nizami Gəncəvi məqbərə kompleksinin direktoru Gülnarə İsmayılova Nizami məqbərəsi haqqında ətraflı məlumat vermişdir. Gəncə Dövlət Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Namazova Səba Nizami Gəncəvinin Ey ürək böyüklük istəyirsənsə əlinə qələm al böyüklərdən yaz kəlamını deyərək Nizami Gəncəvini necə böyük şəxsiyyət olduğunu qeyd etmiş və Nizami Gəncəvi haqqında yazılmış ilk monoqrafiya olan Mirzəməhəmməd Axundovun yazdığı "Şeyx Nizami"
monoqrafiyası haqqında məlumat vermişdir. Gəncə Maarif evi İctimai birliyinin təsisçisi Vəliyev İmamverdi Nizami Gəncəvinin kəlamlarından söyləmiş və Nizami yaradıcılığı haqqında dəyərli fikirlər söyləmişdir.Sonda Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Cəfərova Xanım Nizami Gəncəvinin "Sənsiz" qəzəlini səsləndirmişdir.