16.05.2021
15 May 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi “Zəfər qoxulu sətirlər” adlı onlayn görüş keçirdi. Tədbiri Xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva açıq elan edərək, şəhidlərin əziz xatirəsinə hörmət olaraq 1 dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
Görüş, Qax rayonunda yazıb yaradan,çox kövrək və incə qəlbli bir şairə, vətənpərvər və dəyanətli bir xanım Solmaz Ədhəm qızı Əfəndiyəvanın yaradıcılığına həsr olunmuşdu.
Solmaz Elqızı şairə, Azərbaycan Yazıçılar birliyinin üzvü,üç kitab müəllifidir: “İlisudan gələn səslər”, “Ulu Tanrıdandı bu şeir payım” və ”Dünyaya gəlmişik, sevilmək üçün”. ”Azərbaycan ədəbiyyatında qazandığı uğurlara görə “ , ”Vicdanlı Qələm”, ”Cəsarətli Qələm “, “Katılım Belgesi” diplomlarının sahibidir. Yazarın şeirləri “Zəfər qoxusu “adlı antologiyaya ,Esmira Günəşin “Unutmadıq, şəhidim.” kitabının II cildinə daxil edilib.
Onlayn görüşdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev,Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova,Samux rayon uşaq musiqi məktəblərinin rəhbərləri və müəllimləri,Samux rayon MKS-nin, mədəniyyət evləri və klubların kollektivləri. Qax rayon MKS-nin direktoru Güllü Əhmədova və kollektivi.Bakı şəhər A.Muradov adına 84 N-li tam orta məktəbin 6 sinif şagirdi , gənc yazar Sadiq Nəbili.
Tədbirdə Solmaz Elqızının şeirləri səsləndi. Qonaqların hər biri şairənin ünvanına xoş sözlər söylədilər.