16.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 15.05.2021-ci il tarixdə 15 may Ailə Gününə həsr edilmiş "Sağlam ailə sağlam cəmiyyətin təməlidir" başlıqlı onlayn konfrans keçirdi. Tədbiri filialın müdiri Rahilə Qasımova açaraq iştirakçıları salamladı və 15 may Ailə Gününün yaranması haqqında məlumat verdi. Konfransda Gəncə şəhər Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət işçisi, şair, publisist Bəxtiyar Muradov,Gəncə MKS-nin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin rəisi Səbinə Əhmədova, Abbas Səhhət adına xəstəxananın "Ailə sağlamlıq mərkəzi"nin şöbə müdiri Tükəzban Məmmədova, 24 saylı orta məktəbin müəllimi Şəbnəm Nağıyeva və başqa kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər. Çıxışçılar söylədilər ki, Azərbaycanda 2008-ci ildən hər il dövlət səviyyəsində ailə günü qeyd edilir. Ailə dəyərlərinin qoruyub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğı məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi işlər həyata keçirilir.
Tədbirdə erkən nigahdan və onun fəsadlarından, nigahdan əvvəl həkim testlərindən keçirilməsinin vacibliyindən danışıldı. Dağılan ailələrdə qadın və uşaqların məişət zorakılığına məruz qalmalarından söhbət açıldı. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Tədbirdə yeni qurulan ailələrə uzun ömür, dözümlük, səbr, sədaqət, səmimiyyət, inam, ülvü məhəbbət arzuladılar.