Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş vebinar keçirilib.”

10.05.2021

9 May 2021 –ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi Samux rayon Heydər Əliyev Mərkəzi ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının  98-ci  ildönümünə həsr  olunmuş vebinar  keçirilmişdir                                           

Tədbiri Samux  rayon  Mərkəzi  Kitabxanasının oxuculara  xidmət  şöbəsinin  müdiri  Vüsalə  Əliyeva  açaraq, qeyd  etdi ki, Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyətdir. Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanımızın memarı və qurucusudur.   

Vebinarda  Samux rayonu üzrə baş məsləhətçisi  Süleyman  Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, klub işçiləri, Samux  şəhər, Qarayeri qəsəbə  və Sərkar kənd  Uşaq musiqi məktəblərinin müəllimləri və  kitabxananın fəal oxucuları  iştrak etdilər.                                               

Tədbirdə Ulu Öndərin həyat yolu, azərbaycançılıq məfkurəsi çıxışlarda dəfələrlə vurğulandı.