10.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı uşaq kitabxana filialı 10.05.2021-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin doğum gün münasibətilə “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı onlayn tematik konfrans keçirdi.
Konfransı filialın müdiri Elza Əliyeva açaraq bü gün ki, konfransın əhəmiyyətindən və kitabxana filialında Ümmilli lider Heydər Əliyevə həsr olunmüş keçirilən tədbirlər haqqında məlumat verdi. Daha sonra tədbirdə Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva “ Heydər Əliyev və mədəniyyət”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin tarix müəllimi Vəfa Hacıyeva “Azərbaycan xalqının böyük oğlu, məktəbin müasir Azərbaycan dövlətinin qurucusu”, Azərbaycan dili-ədəbiyyat müəllimi Validə Hüseynova “Heydər Əliyevin təhsildə müstəsna xidmətləri” mövzularında çıxış edərək Heydər Əliyevin gənclərə, onların təhsilinə böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.
Tədirdə iştirak edən Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin şagirdləri Amil Nəsibov, Fidan Həsənova, Aytac Cəfərova , Aygül Alnağıyeva, Fatimə İsmayılova , 14 saylı orta məktəbin şagirdi Nihan Məhərrəmova, Qəşəmli Fidan, Qəşəmli İnci, Qəşəmli Nuran, Qəşəmli Nuray və Nuray Məmmədova Ulu Öndərə dərin hörmət və ehtiramlarını bölüşdülər.
Tədbirin sonunda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor müavini Fəridə Qədimova tədbir iştirakçılarına təşəkkürünü bildirdi.