Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xalqın qəlbində yaşayan öndər” adlı onlayn tədbir keçirilmişdir

10.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Xalqın qəlbində yaşayan öndər" adll tədbir keçirilmişdir.
Tədbiri məktəbin direktoru Səadət Məmmədbəyova açaraq ilk sözü Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova verdi. Vasif Cənnətov tədbir iştirakçılarını salamlayaraq öz çıxışında qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur. O, öz şərəfli ömrünü xalqına, Vətəninə həsr etmiş, dünya şöhrətli siyasətçi, bütün Türk dünyasının fəxridir. Ulu öndər həyatı boyu milli mənliyi ilə fəxr edərək demişdir^- "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam!".  Bu gün ulu öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev respublikamızda Heydər Əliyev siyasətini uğurla davam etdirir.
Vasif Cənnətov çıxışına davam edərək möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun II Qarabağ Vətən müharibəsində qazandığı tarixi qələbəmizdən danışdı. O, Prezident İlham Əliyevin "Xoşbəxt oğulam ki, mən ata vəsiyətini yerinə yetirmişəm" sözlərini diqqətə çatdırdı.
Tədbirdə həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Sərkar kənd Bələdiyyəsinin sədri Şəmistan Yusifov, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva çıxış edərək ulu öndər haqqında öz ürək sözlərini söylədilər.
Məktəbin direktoru Səadət Məmmədbəyova bildirdi ki, məktəbimiz müəllimləri ümummilli liderimizin çox sevdiyi mahnılardan ibarət konsert proqramı hazırlamışlar. 
İlk olaraq məktəbin müəllimi Hüseyn Abbasov (fortepianoda Ruslan Cabbarovun müşayəti ilə) "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!" mahnısını ifa etdi. 
Məktəbin müəllimi Fuad Ramazanov məktəbin "Şur" instrumental ansamblının müşayəti ilə (bədii rəhbər Xəyal Qəhrəmanov) "Küçələrə su səpmişəm" xalq mahnısını, "Avaz" televiziya musiqi yarışmasının qalibi, "Qranpri" mükafatçısı Ramin Hüseynov Xan Şuşinskinin oxuduğu məşhur "Şuşanın dağları" mahnısını, müəllim İslam Əlizadə Cahangir Cahangirovun "Alagöz" mahnısını oxudular. Məktəbin müəllimləri "Yaşa Azərbaycan" mahnısını ifa etdilər.
Tədbirin sonunda məktəbin direktoru Səadət Məmmədbəyova tədbirə qoşulan hər bir kəsə öz minnətdarlığını bildirdi.