10.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı 9.05.2021-ci il tarixində 9 May faşizm üzərində qazanılmış qələbənin 76-cı ildönümünə həsr olunmuş “Azərbaycanın mərd oğulları” başlığı altında onlayn tədbir keçirdi. Tədbiri 1 saylı filalın kitabxanaçısı Şəhla İlyasova açaraq, tədbir iştirakçılarını salamladı. XX əsrdə bəşəriyyətin iki dünya müharibəsi ilə üzləşdiyini bildirdi. II Dünya müharibəsinin əhatə dairəsinin, iştirakçı dövlətlərin sayına və müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dəhşətli olduğunu qeyd etdi. Azərbaycanın faşızm üzərində qələbənin əldə olunmasında mühüm töhvələr verdiyini, həm ön cəbhədə, həmdə arxa cəbhədə böyük qəhrəmanlıqlar, şücaətlər, fədakarlıqlar göstərdiklərindən danışdı.
Tədbirdə GDU-nun Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, GDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatının Gəncə bölməsinin sədri Yusif Məmmədov çıxış etdilər. Çıxışlarda faşızmin zalımlıq, qəddarlıq, insanlığa yad bir ideologiya olduğu, faşızm üzərində qələbənin ümumbəşəri bir qələbə olduğu qeyd olundu. Bu qələbədə Azərbaycan xalqının da öz xüsusi payı, töhvələri olduğu xüsusi vurğulandı. Azərbaycanlı çağırışçı və könüllülərdən ibarət formalaşdırılan diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdiyi iştirakçıların nəzərinə çatdırıldı. Partizan hərəkatlarında yer almış soydaşlarımızın misilsiz qəhrəmanlıq göstərdikləri qeyd olundu. II Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynadığı, arxa cəbhədə xalqımızın bütün imkanları maksumum səfərbər etdiyi deyildi. Belə tədbirlər təşkil etdikləri üçün təşkilatçılara öz minnətdalıqlarını bildirib, belə tədbirlərin təqdirəlayiq olduğunu qeyd etdilər.
Sonda veteranlara həsr olunmuş video-çarx nümayış olundu. Şeirlər səsləndirildi. MKS-nin direktoru Əməkdar mədəniyyət işçisi Elmira Əliyeva tədbirin təşkilatçıslarına, qonaqlara, iştirakçılara öz minnətdarlığını bildirdi. Faşızm üzərində qazanılmış qələbə günü və II Qarabağ müharibəsində Şuşanın işğaldan azad olunduğu gün münüsibətilə hamını təbrik etdi. Kitabxanaçı Şəhla İlyasova doğma torpağımızın mərd, qəhrəman oğul və qızlarını böyük fəxarət hissi ilə andığımızı, onları daima qürurla xatırlayacağımızı qeyd edib, tədbiri yekunlaşdırdı.