Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gənclər gələcəyimizin təminatçısıdırlar”

02.02.2018

2.02.2018-ci il tarixdə MKS-nin 24 saylı kitabxana filialı 19 saylı məktəbdə 2 fevral Gənclər günü münasibətilə “Gənclər gələcəyimizin təminatçısıdırlar” adlı dəyirmi masa keçirdi. Dəyirmi masanı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, gəncləri 2 fevral Gənclər günü münasibətilə təbrik etdi. Kitabxanaçı Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğının bir təzahürü kimi fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri günü elan olunduğunu qeyd etdi.

Tədbirdə iştirak edən 19 saylı məktəbin direktor müavini Məlahət Əhmədova gənclərə öz xoş arzularını bildirdi və Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu söylədi.

Tədbirdə iştirak edən məktəbin uşaq təşkilatı birliyinin rəhbəri Kəmalə İsrafilova isə dövlətimizin gənclər üçün yaratdığı böyük imkanlardan və dövlət proqramlarından danışdı.

Müəllimlərdən Səkinə Məsimova, Arifə Əhmədova da bu gün Gənclər gününün qeyd edilməsi dövlətimizin gənclərə göstərdiyi böyük qayğının təzahürü olduğunu dedilər. Bu gün Azərbaycan gəncləri ölkəmizdə böyük qüvvədir. Ona görə də gənclər Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olmalıdır..

Tədbirdə iştirak edən məktəblilər də Azərbaycan dövlətinin çiçəklənməsi və xoşbəxt gələcəyi naminə var qüvvələri ilə çalışacaqlarını söylədilər.