10.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı “Yaddaşlarda əbədiləşən dahi” adlı onlayn tədbir keçirmişdir.
Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq qonaqları salamladı və ilk olaraq Heydər Əliyev və mədəniyyət adlı videoçarxı konfrans iştirakçılarına təqdim etdi.
Tədbirdə qonaq qismində dəvət almış əməkdar müəllim, Dövlət dil komissiyasının üzvü, professor Mübariz Yusibov, GDU-nun tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov dahi şəxsiyyət Heydər Əliyevin sözün əsl mənasında böyük dövlətçi, mahir diplomat, qətiyyətli, etibarlı və müdrik rəhbər olması, xüsusi ilə Azərbaycan dilinin formalaşması və təkmilləşməsində, dövlət dili səviyyəsində tanınmasında böyük rolundan danışdılar.
Tədbirdə iştirak edən İ.Məmmədov adına 27 saylı məktəb-liseyin, M.Mehdizadə adına 4 saylı xarici dillər təmayüllü məktəb-liseyin və həmçinin 37 saylı orta məktəbin şagirdlərinin ifasında dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndirildi.