Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı rayon Mədəniyyət evində “Heydər Əliyev-98” adlı dəyirmi masa keçirildi

08.05.2021

Xocalı rayon Mədəniyyət evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir.

            Rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək Ulu Öndərin şərəfli ömür yolundan, onun Azərbaycan xalqının parlaq gələcəyi üçün gördüyü işlərdən danışdı. O bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycanda sürətli çiçəklənmə və inkişaf dövrü olmuşdur.

Rayon Mədəniyyət evinin metodisti Ramil Miriyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin görkəmli bir siyasətçi kimi dünya arenasındakı nüfuzundan, Azərbaycan Respublikasının xarici siyasətinin düzgün, uğurlu qurulmasında onun misilsiz xidmətindən danışdı.

O bildirdi ki, məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın iqtisadi gücü, mədəni inkişafı cənab Prezident İlham Əliyevin siyasi xətti ilə bu gün də artmaqdadır. O qeyd etdi ki, bu uzaqgörən siyasətin nəticəsində Heydər Əliyevdən öncə siyasətdən, dövlət idarəçiliyindən anlayışı olmayan bir qrup ölkə rəhbərlərinin yalnış siyasəti nəticəsində itirilən, erməni qəsbkarları tərəfindən işğal olunan Qarabağımız onun siyasi davamçısı, layiqli varisi cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız bu gün işğaldan azad olunmuşdur.