Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarix yazmış qəhrəmanlar” adlı dəyirmi masa keçirilmişdir

08.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində 9 May Qələbə günü münasibətilə Goranboy rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər kitabxana filialının, Veyisli və Rəhimli kənd tam orta məktəbin müəllim kollektivinin iştirakı ilə "Tarix yazmış qəhrəmanlar" mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva əvvəlcə tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik etdi və bildirdi ki, faşizm üzərində qələbədən 76 il ötür. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olmuşdur. Ulu Öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək demişdir: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur".

Bu gün ki, Ümummilli Liderin siyasi kursu, onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Veyisli kənd tam orta məktəbin tarix müəllimi Abbasəlizadə Arzu Nizami qızı 9 May faşizm üzərində Qələbə günü haqqında öz fikirlərini bildirdi.