Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

9 May Qələbə bayramına həsr olunmuş tədbir keçirilib

08.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü ilə 1941-45-ci illər Böyük Vətən müharibəsində qazanılmış tarixi 9 May Qələbə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Gəncənin dilbər güşələrindən olan Xan bağında yerləşən Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədovun qəbir üstü abidəsini ziyarət etdilər, məzarı üzərinə təzə-tər qərənfillər düzdülər.

Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra tədbir iştirakçıları İsrafil Məmmədovun Xatirə Ev Muzeyinə gəldilər.

Tədbirdə İsrafil Məmmədovun qohumları – bacısı oğlu Fizuli Hüseynov, bacısı nəvəsi Fizulət Babayeva iştirak etdilər. Onlar cəsur qəhrəman İsrafil Məmmədov barədə xatirələrini bölüşdülər və tədbirin təşkili üçün Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qeyd etdi ki, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun həyatı, müharibədə göstərdiyi şücaət gənclərimiz üçün əsil örnəkdir.

Tədbir respublikamızda mövcud karantin rejimi qaydalarına uyğun olaraq qoruyucu maskadan istifadə və məsafə saxlanılmaqla təşkil olunmuşdur.