Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan qədər əbədi lider” mövzusunda video konfrans keçirdi.

08.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Azərbaycan qədər əbədi lider” mövzusunda video konfrans keçirdi.

Tədbiri açıq elan edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov öz çıxışında qeyd etdi ki, Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəsilə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva çıxış edərək qeyd etdi ki, Azərbaycan tarixinin son yarım əsrlik dövrü dünya miqyaslı dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə sıx bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədr müavini Fuad Qarayev çıxış edərək bildirdi ki, Azərbaycan tarixinin yarım əsrdən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu ilə, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Təşkilatının sədri, DİA Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev çıxış edərək qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova çıxış edərək bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Sevinc Əhmədova çıxış edərək qeyd etdi ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi.