Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağ Azərbaycandır!” mövzusunda onlayn tədbir keçirilmişdir.

08.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, gənclərin vətənpərvərlik tərbiyəsinə həsr edilmiş “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn tədbir keçirilmişdir.

Tədbiri Xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva açıq elan etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritetlərindən bəhs etdi. Natiq bildirdi ki, cəmiyyətdə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi Dövlət Proqramında əsas məqamlardandır.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova qeyd etdi ki, Gənclərimiz bütöv və müstəqil Azərbaycan naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğrultmalıdırlar.

Samux rayon 1 saylı uşaq bağçasının müdiri, 44 günlük müharibədə döyüş yolu keçmiş əsgər anası Ağca Atai çıxışında qeyd etdi ki, gənclərə milli ruhun aşılanması körpə yaşlarından həyata keçirilməlidir.

Samux şəhər Uşaq Musiqi Məktəbinin direktor müavini Gülxar Nəsibova Samux şəhidlərinin və qazilərin qəhrəmanlıqlarından bəhs etdi.

Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Aynur Tağıyeva çıxışında gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsindən,humanizm dəyərlərinin təbliğindən söhbət açdı.

Oxuculara xidmət şöbəsi abonement bölməsinin müdiri Telli Nəsibova 44 günlünlük Vətən müharibəsindən sonra Bakıda yaradılmış “Hərbi Qənimətlər Parkı” haqqında məlumat verdi.

Tədbirin sonunda oxuculara xidmət şöbəsinin fəal oxucusu Banu Quluzadə “Şəhidlər” və “Qarabağ Azərbaycandır!” adlı şeirləri söylədi.