08.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədovanın təşəbbüsü ilə 2016-ci il aprel döyüşlərində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin Mayoru Milli Qəhrəman Samid İmanovun ailəsi ilə “Qəhrəmanlığa ucalan yol” başlıqlı onlayn görüş keçirilmişdir.
Milli Qəhrəman, şəhid Samid İmanovun ev muzeyinə virtual səyahət oldu.
Tədbiri giriş sözü ilə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Mürsəl İsmayıllı açdı. O, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından Milli Qəhrəman Samid İmanovun ailəsinə başsağlığı verdi. Mürsəl İsmayıllı Azərbycan xalqının Samid İmanov kimi iqidlərlə fəxr etdiyini bildirdi.
Tədbirdə Milli Qəhrəman Samid İmanovun anası Xuraman İmanova, bacısı Aybəniz İmanova iştirak etdilər.
Sonra Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova “Qəhrəmanlığa ucalan yol” adlı məruzə ilə çıxış etdi.
Milli Qəhrəmanın anası Xuraman İmanova oğlu ilə fəxr etdiyindən, 35 illik ömründə, onun qəhrəman, ailə canlı, Vətənə bağlı oğul olduğundan danışdı, Samid İmanov haqda yazılan kitabların tədbir iştirakılarına onlayn təqdim etdi.
Samid İmanov xidmətlərinə görə cənab Prezident Ali Baş Komandan İlham Əliyev tərəfindən 9 medalla təltif olunmuşdur.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova da çıxış edərək, Milli Qəhrəman Samid İmanovun anasının və şəhid məzarları önündə baş əydiyini bildirdi.
Sonda Samirə Məmmədova tədbir iştirakçıları adından Milli Qəhrəmanın ailəsinə tədbirə qoşulduqlarına görə dərin təşəkkürünü bildirdi.