Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dahi şəxsiyyətlər ölmür” adlı videokonfrans keçirilib

07.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş "Dahi Şəxsiyyətlər ölmür" adlı onlayn video konfrans keçirildi. Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva açdı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti, müasir Azərbaycanın banisi kimi böyük xidmətləri haqqında Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi Bəxtiyar Muradov tədbir iştirakçılarına geniş məlumat verdi. Bəxtiyar Muradov  qeyd etdi ki, dahi şəxsiyyətlər tarix yaradır və bəşəri düşüncələri ilə dünyanı idarə edirlər. Xalqımızın böyük oğlu, fenomen siyasətçi Heydər Əliyev məhz belə şəxsiyyətlərdən biridir. XX əsrdə xalqımız üçün yeni bir dövr başlamışdır. Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti, cəsarəti və geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı bir diplomat kimi bütün dünyada özünü tanıtmış, geniş miqyaslı siyasətçilər sırasında özünə əbədi yer tutmuşdur. Bugünkü Azərbaycanın keçmişi və bu günü, inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Mürsəl İsmayıllı, Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Təvəkgül Hüseynli, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin direktoru Səadət Məmmədbəyova, Sərkar kənd orta məktəbin direktoru Afaq Möyləyeva, Samux rayon Qarayeri qəsəbə orta məktəbin direktoru Bəsti Məmmədova və digər iştirakçılar da çıxış etdilər.