06.05.2021
Goranboy rayon Mərkəzi Kitabxanası Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümü münasibətilə "Zirvələr fatehi" adlı onlayn konfrans keçirib.
Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açıb. O, Ulu Öndərin ölkəmizin inkişafı üçün gördüyü işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsindən, iqtisadiyatımızın inkişafında əvəzsiz rolundan danışıb.
Kitabxananın əməkdaşları Dürdanə Bayramova, Ülviyyə Kazımova, Sevda Abbasova, Leyla Mikayılova Heydər Əliyevin Goranboy rayonuna səfərindən danışıblar.