Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq ədəbiyyatımızın ”Xanım anası” adlı onlayn tədbir keçirildi

06.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Sisteminin 13 saylı kitabxana filialı 05.05.2021-ci il tarixində  Azərbaycan uşaq ədəbiyyatının görkəmli yazıçısı, uşaqların sevimli şairəsi Xanımana Əlibəylinin anım günü ilə əlaqədar uşaq ədəbiyyatımızın "Xanım anası" adlı onlayn tədbir keçirdi.Tədbirdə Xanımana Əlibəylinin qızı professor,filologiya elmləri doktoru, Nizami adına Ədəbiyyat İnistitutunun Dünya ədəbiyyatı şöbəsinin müdiri Gülər Abdullayeva çıxış edərək anası haqqında xatirələrini bölüşdü. Qeyd etdi ki, o uşaqları çox sevdiyindən həyatının 70 illini məhz uşaq ədəbiyyatına sərf etmişdir.

Daha sonra tədbirdə müasir uşaq yazıçıları Gəncə AYB-nin Gəncə bölməsinin məsləhətçisi,yazar,uşaqların sevimli şairi Aləmzər Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü H.Zərdabi mükafatçısı, Gülzar İbrahimova, Azərbaycan Yazıçılar Birliyinin üzvü,tərcüməçi, şair, publisist Sevinc Nuruqızı çıxış edərək məhz Xanımana yaradıcılığından bəhrələnək yazdıqlarını bildirdilər.

Tədbirdə Gəncə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Gəncə AYB-nin üzvü, şair, Gəncə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Komitəsinin sədri Sahib İbrahimli, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aynur Novruzova, Gəncə Dövlət Universitetinin doktorantı Mingəçevir Universitetinin müəllimi Ağakişiyeva Səadət Xanımana Əlibəylinin tərcüməçilik fəaliyyəti, dramaturgiyası bir sözlə geniş yaradıcılığından nümunə gətirərək müasir oxucular üçün böyük töhfələr verdiyindən söhbət açdılar. Azərbaycan Kukla Teatrının nəznində fəaliyyət göstərən Oyuq teatr studiyasının kiçik yaşlı aktyorlarının iştirakı ilə Xanımana Əlibəylinin "Dovşanın ad günü" əsərindən bir parça ilə çıxış etdilər.Gəncə Dövlət Kukla Teatrının quruluşçu rejissoru,Vətən müharibəsi iştirakçısı Şamil Məmmədli Xanımana Əlibəylinin tamaşaya qoyduqları əsərlər haqqında məlumat verərək bildirdi ki, Xanımananın uşaq dramaturgiyası yaradıcılığında xüsusi yer tutur. Kitabxananın fəal oxucularının ifasında "Kitab", "Noğul", "Yollar", "Məktəb" və s. şeirlər səsləndirildi.

Tədbirin sonunda Gəncə Mərkəzi Kitabxananın direktoru Elmira Əliyeva tədbirdə iştirak edənlərə öz minnətdarlığını bildirdi, qeyd etdi ki, Xanımana yaradıcılığı nəsildən-nəsilə mənəvi zövq alaraq ötürüləcəkdir.