04.05.2021
03 may 2021-ci il tarixdə Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2№li Tatarlı kənd kitabxana filialı Səfikürd kənd kitabxana filialı ilə birlikdə Milli Qəhraman Sərxan Ocaqverdiyevin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım günü keçiriblər.
Tədbiri 2№li Tatarlı kənd kitabxana filialının böyük kitabxanaçısı Dursun İsmayilova açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Qəhrəmanın qardaşı Sərvan Ocaqverdiyev qardaşının kecdiyi döyüş yolundan söhbət açdı. Kitabxananın əməkdaşı Günel Bayramova qəhraman haqqında öz ürək sözlərini söylədi. Şəhidin qardaşı oğlu Sərxan Ocaqverdiyev və oxucu Aysel Rzayeva qəhrəmana həsr olunmuş şeirlər səsləndirdilər.