03.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 01.05.2021-ci il tarixində Aşıq şair Qarayev Bəhmən İbrahim oğlunun (Aşıq Bəhmən Göyçəli) anadan olmasının 120 illiyi münasibətilə “Vətən, küsmə məndən” adlı onlayn şer saatı keçirtdi. Tədbirdə Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, Gəncə şəhər 13 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova, Göygöl rayon 8 Mart ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova, kitabxananın əməkdaşları, oxucular iştirak edirdilər.
Tədbirdə filial müdiri Elza Əliyeva Aşıq şair Qarayev Bəhmən İbrahim oğlunun həyatı haqqında məlumat verdi. Azərbaycan dili-ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Dövlət dəstəyi aşıq sənətini daha da yüksəklərə qaldırır” , Validə Hüseynova “Vətən, küsmə məndən” adlı kitabı və şairin yaradıcılığı haqqında danışdı. Tədbirdə Məmmədova Nuray, Qəşəmli Nuray, Qəşəmli İnci, Qəşəmli Mehri, Qəşəmli Gülçin və Əliyev Hüseyn aşıqın şeirlərini səsləndirdilər
Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva maraqlı tədbir üçün iştirakçılara təşəkkür etdi, direktor müavini Fəridə Qədimova Aşıq Bəhmən Göyçəlinin Aşıq Ələsgər haqqında yazmış olduğu şeri söylədi və bugünkü gəncləri milli mənəvi dəyərimiz olan aşıq sənətini öyrənməyi və qoruyub saxlamağı tövsiyə etdi. Tədbirə qoşulan oxucular aşıq Bəhmən Göyçəlinin qoşmalarını, şeirlərini söylədilər.