Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanlar unudulmur” adlı onlayn görüş keçirilmişdir

30.04.2021

30 aprel 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon Mərkəzi Kitabxanasının Oxu zalı II Qarabağ Vətən müharibəsində şəhid olmuş Musayev Elşən Hüseyn oğlunun ailəsi ilə “Qəhrəmanlar unudulmur” adlı onlayn görüş keçirildi.

Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva açaraq şəhid Musayev Elşən haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə Bayramova Rəfiqə, Şahverdiyev Ələsgər, şəhid bacısı İlahiyyət Bağırova çıxış edərək şəhidlərin ölməz olduqlarını, vətən sevgisindən şəhidliyin ən uca məqamlarından danışdılar. Tədbirdə şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Şəhidin həyat yoldaşı Mətanət Musayeva onunla bağlı xatirələrindən, qorxmazlığından, vətənpərvərliyindən danışdı.

Şəhidin qızı Ayşən Musalı atasına həsr etdiyi “Könlüm atamı istəyir” şeirini söylədi