Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilmişdir

29.04.2021

28.04.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fətallar kənd kitabxana filialında Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Nurlu ömrün salnaməsi” başlığı altında onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə filial müdiri Rəfiqə Bayramova açaraq Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından danışdı. Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva, Kəlbəcər rayon 106 saylı tam orta məktəbin müəllimi Gülşən Qurbanova çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətlərindən eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olmasından danışdılar.

Tədbirdə fəal oxuculardan Hicran Həmidova, Vəfa Salmanova, Ələsgər Şahverdiyev iştirak etmişdir.