Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ömrü dastana dönmüş insan” adlı tədbir keçirilib

28.04.2021

Gəncə  Regional  Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Aşağı Ağasıbəyli, Əhmədbəyli və Yuxarı Ağasıbəyli  kənd  kitabxana  filiallarının təşəbbüsü ilə “Ömrü dastana  dönmüş insan” Zərifə xanım Əliyevanın 98 illik yubileyinə həsr edilmiş  onlayn tədbir keçirildi.

Tədbiri  giriş  sözü ilə açan kitabxananın direktoru Şəhla Abdullayeva öz çıxışında  bildirdi ki, Zərifə xanım böyük bir şəxsiyyət olmaqla yanaşı həm də vəfalı ömür-gün yoldaşı  olmuşdur. O, Zərifə xanım Əliyevanın  zəngin  elmi  irsindən və fəaliyyətindən  söz açdı.          Kitabxana əməkdaşları Aşağı Ağasıbəyli kənd kitabxana filialının müdiri Nəsrəddin Bayramov da öz növbəsində Zərifə xanım Əliyevanın fəaliyyəti haqqında geniş məlumat verdi.              

Əhmədbəyli kənd kitabxana filialının müdiri  Gülər Kərimova çıxışında  bildirdi ki, dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi haqqında geniş məlumat verdi. Əhmədbəyli kənd kitabxana filialının müdiri Gülər Kərimova, qeyd etmişdir ki, Zərifə xanım Əliyeva oftalmologiya tarixinə öz adını qızıl hərflərlə yazmışdır