Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Akademik Zərifə Əliyeva – 98”adlı videokonfrans keçirilib

28.04.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın 98 illik yubileyi münasibəti ilə “Akademik Zərifə Əliyeva – 98” mövzusunda onlayn videokonfrans keçirmişdir.

Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açdı. O, bildirdi ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparmış, cərrahi əməliyyatlar həyata keçirmiş, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürmüş, göz həkimlərinin təkmilləşdirilməsi üçün səmərəli pedaqoji fəaliyyət göstərmişdir.

Veyisli kənd kitabxana filialının böyük  kitabxanaçısı Sənəm Böyükkişiyeva çıxış edərək akademik Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti haqqında məlumat verdi.

Əməkdaşlardan Bahar Musayeva, Leyla Mikayılova, Sevda Abbasova, Şükufə Mövlayeva çıxış edərək qeyd etdilər ki, Zərifə xanım Əliyeva insanlara daim nur bəxş etmiş, gözlərə işıq vermişdir. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olmuşdur.