Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Poeziya dünyasının dahisi” adlı tədbir keçirilmişdir

28.04.2021

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şorbulaq kənd kitabxana filialında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş “Poeziya dünyasının dahisi” adlı onlayn tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə filial müdiri İlahiyyət Bağırova açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında danışdı. Kəlbəcər rayon 8 saylı tam orta məktəbin dil ədəbiyyat müəllimi Şövkət Əliyeva, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının dosenti, filalogiya üzrə fəlsəfə elmləri doktoru Səba Namazova çıxış edərək bildirdi ki, Nizami Gəncəvi irsini AzərbaycanƏfqanıstanGürcüstanHindistan, İran,   PakistanTacikistanTürkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin  formalaşmasında böyük rol oynamışdır.

Tədbirdə fəal oxuculardan Leyla Məmmədova, Vüsalə Hümbətova, Nəvai İsgəndərov iştirak edirdilər