28.04.2021
Goranboy rayon Dövlət Rəsm Qalereyası Gənclər parkında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş səyyar sərgi təşkil etmişdir.
Qalereyanın direktoru Çinarə Abdullazadə, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın müəllifidir. O qeyd etmişdir ki, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaqdır.