Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qaranlığa nur saçan zəka” adlı onlayn tədbir keçirilib

28.04.2021

27 aprel 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə təşkil olunmuş Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qaranlığa nur saçan zəka” adlı onlayn tədbir keçirildi. Tədbirdə mövzu ətrafında çıxışlar oldu, qeyd olundu ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı sirdaşı olub. Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “Bir ömür yaşadı, bizlərə örnək” adlı onlayn kitab sərgisi nümayiş olundu.

Sonda Zərifə xanıma həsr olunmuş Mirkazım Seyidovun “Qaranlığa nur saçan zəka” adlı kitabından şeirlər səsləndirildi.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.