Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İşıqlı bir xatirə” adlı tədbir keçirilib

28.04.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi tərəfindən “İşıqlı bir xatirə” başlığı altında Zərifə xanım Əliyevanın 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.

             Tədbirdə kənd kitabxana filialları və Samux rayon Qarabağlılar tam orta məktəbinin müəllim və şagirdləri də iştirak etdilər. Tədbiri Samux rayon MKS-nin direktoru Şəhla Abdullayeva açaraq iştırakçıları salamladı. Şöbənin kitabxanaçısı Zəminə Məmmədova akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Fəal oxucu Ruhanə Abbasova Zərifə xanım Əliyevanın oftolmologiya sahəsindəki fəaliyyətindən danışdı. Sonra uşaq şöbəsinin müdiri Venera Məmmədova gözəl insan - Zərifə xanım Əliyevanın yüksək mənəvi - əxlaqi dəyərlərə malik olmasından, alim kimi qazandığı böyük uğurlardan və həssas insan kimi yaddaşlara həkk olunmasından danışdı. O, qeyd etdi ki, Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.            

Sonda şagirdlərdən Xəlil Həsənzadə, Fuad Abdurəhmanlı, Səmayə Həsənzadə,  Cavid Atalı və Ləman Ələkbərova  şeir söylədilər.