26.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının təşəbbüsü ilə 26.04.2021-ci il tarixdə görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın 98 –ci ildönümü münasibətilə “ Bir ömrün imzası “ adlı kitabın zoom proqramı vasitəsiylə onlayn təqdimatı keçirilmişdir.
Tədbiri Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva açaraq tədbir iştirakçılarını salamladı. Sonra Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova Zərifə xanım Əliyeva haqqında danışdı.O, Zərifə xanım Əliyevanın fəaliyyətindən bəhs edən “Bir ömrün imzası” adlı kitabın onlayn təqdimatını etdi. Qarayeri qəsəbə klubunun müdiri Günel Həsənova, Qarayeri qəsəbə Uşaq Musiqi Məkdəbinin direktoru Təvəkkül Hüseynli öz çıxışlarında Zərifə xanım Əliyevanın oftomologiya sahəsində göstərdiyi böyük xidmətlərdən danışdılar.