Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gənclər gələcəyimizdir”

02.02.2018

02.02.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin 11saylı kitabxana filialında 2 fevral gənclər günü münasibətilə “Gənclər gələcəyimizdir” başlıqlı disput keçirildi.

Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova Ümummilli lider Heydər Əliyevin sözləri ilə açdı: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Və sonra Ümumilli liderimizin Azərbaycan gənclərinin inkişafında olan böyük rolundan danışdı.

Daha sonra 5 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Raziyə Həsənova, kitabxananın gənc oxucuları, Elmir Yusibov, Sərxan Abdullayev, Sədaqət Qulamova da bu mövzuda fikirlərini bildirərək, Azərbaycan gənclərinin bu günkü təhsilindən,problem və uğurlarından danışdılar.

Tədbirdə kitabxananın gənc fəal oxucuları ilə yanaşı 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak etdi.