24.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 23.04.2021 - ci il tarixində Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar "Azərbaycan klassiklərindən nümunələr" adlı onlayn kitab xülasəsi keçirtdi.Tədbirdə filialın kitabxanaçısı Vüsalə Mustafayeva 1996 - cı ilin 23 aprelindən qeyd olunan bu günün mədəni ənənələrinin inkişafından,kitabların həyatımızdakı rolundan,kitabı sevən,ona dəyər verən hər kəs üçün bu bayramın simvolik bir gün olduğunu vurğuladı.
Sonra böyük kitabxanaçı Könül Mirxudayeva Azərbaycanın klassikləri olan Məhsəti Gəncəvi,Xaqani Şirvani,Nizami Gəncəvi,Mirzə Şəfi Vazeh . haqqında məlumat verib, kitablarının xülasəsini etdi.
Gəncə Dövlət Universitetinin dil-ədəbiyyat fakultəsinin IV kurs tələbəsi Esmira Əliyeva Dahi şair Nizami Gəncəvinin "Ata nəsihəti" əsərindən bir parça, 39 saylı məktəbin 11 - ci sinif şagirdi Gülçin Bağırova Məhsəti Gəncəvinin rübailərini söylədi.
Sonda kitabxananın əməkdaşları tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdilər.