23.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin oxuculara xidmət şöbəsinin abonoment bölməsi 23 Aprel Beynəlxalq kitab və müəllif hüquqlari günü münasibətilə "Yaradıcıdan -kitaba, müəllifdən -müəlliflik hüququna"mövzusunda videokonfrans keçirilmişdir.Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə Baş məsləhətçisi Süleyman Əliyev ,Samux MKSnin direktoru Şəhla Abdullayeva, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin əvəzedici dekanı ,Kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi Ələmdar Cabbarlı , Kitabxanaçilıq- ,informasiya fakültəsi Biblioqrafiyaşünaslıq kafedrasınin dosenti tarix üzrə fəlsəfə doktoru Elmlər doktoru proqramı üzrə doktorant Solmaz Sadıqova , AMEA-nın disertantı ,Bakı Dövlət Universitetinin müəllimi, Peşəyönümlü Təhsilin inkişafına Yardım İctimai Birliyinin Sədri Şairə İradə Əlili ,Gəncə Dövlət Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Namazova Səba, Azərbaycan Milli Kitabxanasının aparıcı kitabxanaçısı Sanıyeva Fidan ,Gəncə Mərkəzi Kitabxana sisteminin direktoru Əliyeva Elmira ,direktor müavini Qədimova Fəridə , komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri İsgəndərova Gülnaz ,Gəncə MKS in operatoru Quliyeva Nərmin, Samux MKS in oxuculara xidmət şöbəsinin müdiri Əliyeva Vüsalə ,metodika və biblioqrafiya şöbəsinin müdiri Şükürova Rübabə və digərləri iştirak etmişdir.
Tədbiri giriş sözüylə açan Nəsibova Telli 23 Aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ gununun keçirilmə tarixi ilə bağlı məlumat verdi.Bu gunlə bağlı keçirilən Tədbirin məqsədi bilik mənbəyi olan və yeni bilik yaradan bir oxunan kitabın bəhrəsi olan yeni kitaba yol açan müəlliflik və müəlliflik hüququnun mədəni irsimizdəki əhəmiyyətini açıqlamaq,informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, Əqli mülkiyyət yaradıcılarına hörmət və ehtiramımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanılmasında və xüsusən erməni mənimsəmələrinə qarşı çıxmağın fəallaşmasını cəmiyyətimizin diqqətinə çatdırmaq oldugunu qeyd etdi.
Tədbirdə iştirak edən qonaqlar hər biri 23 Aprel Beynəlxalq Kitab və Müəlliflik hüququ günü ilə bağlı öz fikirlərini bölüşdülər.