Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidim-Şah igidim” adlı onlayn görüş keçirilib.

21.04.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalı II Qarabağ döyüşlərində şəhid olmuş Mirhüseyn Miryunis oğlu Seyidzadənin ailəsi ilə “Şəhidim-Şah igidim” adlı onlayn görüş keçirib. Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Aidə Abdullayeva açaraq, şəhid Mirhüseyn Seyidzadə haqqında tədbir iştirakçılarına məlumat verdi.

Görüşdə iştirak edən şəhidin ailəsi, sinif yoldaşları, cəbhə yoldaşları, müəllimləri, ailənin yaxın qohumları və dostları Mirhüseynlə bağlı xatirələrini bölüşdülər.

Gəncə MKS direktor müavini Fəridə Qədimova öz çıxışında vətən sevgisindən vətənpərvərlik hissindən, şəhidliyin ən uca məqamlarından danışdı. Sonda MKS-nın direktoru Elmira Əliyeva çıxış edərək şəhidin ailəsinə baş sağlığı dilədi və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi.