02.02.2018
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı 2 fevral – Gənclər gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak etdilər.
Tədbirdən əvvəl gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram münasibəti ilə təbrik etdi. O, Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrinin, Gəncə gənclərinin qazandıqları nailiyyətlərdən danışdı.
Tədbirdə açıq mikrafon vasitəsi ilə gənclərin fikirləri dinlənildi, onların müraciət, təklif və şikayətlərinə baxıldı. Xüsusilə şəhid ailələri və Qarabağ əlillərinin övladlarına, ailə vəziyyəti ilə problemi olanlara və valideyinlərini itirmiş 37 tələbəyə təhsil haqlarının ödənməsinə yardım edildi, 10 nəfərdən artıq gənc işlə təmin edilməsinə baxıldı.
Gəncə gəncləri möhtərəm cənab Prezident İlham Əliyevə və Azərbaycanın Birinci Vitse-Prezidenti Meriban Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Ümumşəhər bayram tədbirinin sonunda şəhərin ictimai həyatında fəal iştirakının və 2 Fevral – Gənclər günü münasibəti ilə 35 nəfər gənc Gəncə şəhər İcra Hakimiyyətinin başçısının Fəxri fərmanı və hədiyyə ilə təltif olundu.
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim Əliyev Tural Məcid oğlu da Fəxri fərman və hədiyyə ilə təltif olundu.