Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən dardakən...” başlıqlı onlayın görüş keçirildi

21.04.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 21.04.21-ci il tarixdə II Qarabağ müharibəsi qazisi İnqilab Rüstəmovla  "Vətən dardakən..." başlıqlı onlayın görüş keçirdi. Görüşü kitabxana filialının müdiri Rahilə Qasımova açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əsgərləri qanları ilə öz adlarını tariximizə qızıl həriflərlə yazdılar.  Belə oğullardan  biridə İnqilab Saləddin oğlu Rüstəmov idi.

 İnqilab Rüstəmov 2020-ci ilin yayında Tovuzda baş verən hadisələrdən sonra bir başa hərbi komissarlığa  müraciət edərək müddətdən artıq  hərbi qulluqçu kimi piyada qoşununda işə başlayır. İnqilab Rüstəmov öz həyatından danışarkən qeyd etdi ki, onun ata, anası Qərbi Azərbaycanın Göyçə mahalından olub ancaq onları ata baba torpaqlarından faciəli şəkildə qovmuşlar. Bu müharibədə iştirak edib torpaqlarımızı qaytarmaq  mənim də bir vətəndaş kimi vətən qarşısında borcum idi. Mən Kəlbəcər istiqamətində gedən döyüşlərdə iki dəfə yaralanmışam,  bədənimin müxtəlif nahiyələrində çox sayda qəlpələr var. Gözümdən ağır yaralandığım üçün huşsuz halda döyüş bölgəsindən çıxarıblar.  Döyüşdə iştirak edən hər bir əsgər və zabit  əsl qəhrəmanlıq, igidlik göstərirdilər. Hamının ancaq bir arzusu vardı, torpaqlarımızı düşməndən azad edib qələbə çalmaq.

Tədbirdə iştirakçılarından olan Xatirə Verdiyeva, Təranə Aslanova qaziyə can sağlığı arzuladılar və bu böyük qələbədə  göstərdiyi vətənpərvərliyi üçün öz təşəkkürlərini bildirdilər. İnqilab Rüstəmov Ali Baş Komandanın sərəncamı ilə "Hərbidə fərqlənməyə" görə medalı ilə təltif edilmişdir. Tədbirin sonunda qələbəyə  həsr edilmiş  şeir dinlənildi