Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bədii sözün tanrısı”adlı tədbir keçirilib

21.04.2021

20  aprel 2021-ci  il tarixində Gəncə  Regional  Mədəniyyət  İdarəsi Samux  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qiyaslı kənd kitabxana filialının təşəbbüsü ilə Nizami Gəncəvinin 880-illiyinə həsr olunmuş “Bədii sözün tanrısı” mövzusunda onlayn tədbir keçirilmişdir.

      Tədbiri  Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla  Abdullayeva  açaraq tədbir iştirakçılarını  salamladı.  Sonra Qiyaslı kənd kitabxana filialının müdiri  Günel Cəfərova şairin həyatı haqqında  qısa məlumat  verdi.  Mərkəzi Kitabxananın  İnformasiya-resus  şöbəsinin müdiri  Reyhan Verdiyeva  “Sözün də su kimi lətafəti var” qəzəlindən bir parça söylədi.  Daha sonra  Qiyaslı  kənd məktəbinin müəllimi  Tamilə  Əliyeva  Nizami Gəncəvi   yaradıcılığı haqqında çıxış etdi.

     Bağbanlar kənd kitabxana filialının müdiri Şəhla Namazova Nizami Gəncəvinin  “Xəmsə”si barədə danışdı.  Samux rayon Mərkəzi kitabxananın  fəal oxucusu Zeynəb Verdiyeva  Nizami Gəncəvinin  “Tapmışam”  qəzəlindən  bir  parça  səsləndirdi .  Aşağı-Ağasbəyli kənd  kitabxana  filialının müdiri Nəsrəddin Bayramov  öz  çıxışında Yaxın  Şərq xalqlarının mədəniyyətinin  inkişafında  Nizami  Gəncəvinin   yaradıcılığının  böyük  rolu haqqında danışdı.  Mərkəzi  kitabxananın metodika və biblioqrafiya  şöbəsinin  müdiri Rubabə  Şükürova  Nizami  Gəncəvinin  həyatı  haqqında danışdı. Sonda  Qiyaslı kənd  kitabxana filialının fəal oxucuları  Lalə Qurbanova, Türkan Əhmədova, Nübar Namazova şairin  şeirlərindən  nümunələr  söylədilər.