21.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı, Azərbaycan və böyük Türk dünyası aşıq poeziyasının,aşıq ifaçılıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar “Aşıq Ələsgərin söz dünyası” adlı ədəbi-bədii gecə keçirdi.
Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Məlikova Mənzər açıq elan etdi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov, Gəncəbasar Aşıqlar birliyinin sədri, Azərbaycan Aşıqlar birliyinin üzvü İlqar Nəcəfov, aşıq Hüseyn Dərgahquliyev, filologiya üzrə fəlsəfə doktoru – Ruziyyə Quliyeva, şair – Aqşin Hacızadə, aşıq Alı şəcərəsindən – Taleh Əlioğlu, Aşıq Ələsgərin nəticəsi Firuzə Ələsgərli, Aşıq Ələsgərin kötücəsi Sima Azadqızı, Goranboy rayon Qaradağlı kənd orta məktəbin direktoru Rəşad Məmmədov və həmin məktəbin müəllimi Ülkər Hümbətova və şagirdləri Aşıq Ələsgər yaradıcılığı ilə bağlı çıxış etdilər. Tədbirdə şeirlər və saz ifaları səsləndi.
Sonda 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikova, MKS-nin direktor müavini Fəridə Qədimova tədbir ilə bağlı öz fikirlərini bildirdilər, iştirakçılara təşəkkürlərini bildirdilər. Tədbir İlqar Nəcəfov və Hüseyn Dərgahquliyevin saz ifaları ilə yekunlaşdı.