Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Onun şeir dünyası” adlı görüş keçirilib

20.04.2021

19.04.2021-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxanasının Oxu zalı  ZOOM proqramı vasitəsilə şairə İradə Əlilinin yaradıcılığına həsr olunmuş "Onun şeir dünyası" adlı görüş keçirdi.Görüşdə filologiya  üzrə fəlsəfə doktoru , dosent Nailə Əskər, Antalya  Azərbaycan Mədənəniyyət və Həmrəylik təşkilatının sədr müavini  Ceyran Səttarova, şairə Aləmzar Əlizadə, Gəncə Dövlət Dram Teatrının aktyorları Mətləb Təhmazi, Elmir Məmmədov, şairə Rəqibə Hüseynova, AMEA  Mərkəzi Elmi Kitabxanasında xarici  Ədəbiyyat şöbəsinin müdiri Kübra Sadıqova, şairə Bədirə Həsənqızı, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin  Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Vüsalə  Hüseynova, Qax rayon MKS-nin direktoru Güllü Əhmədova və Metodika şöbəsinin müdiri Reyhan Xəlilova, Şirvan rayon MKS-nin əməkdaşı Alma Cəfərova,  şairə Bədirə Həsənqızı Niftəliyeva, Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, Ellada Rəhimova, Gülnar Hüseynova, Nailə Məmmədova, Elnarə Hüseynova, Jalə Behçət və kitabxananın fəal isdifadəçiləri iştirak etdilər. Görüşü giriş sozü ilə Mərkəzi Kitabxananın Oxu zalının əməkdaşı Tərifə Abbasova açıb tədbir iştirakçılarını salamlayaraq İradə Əlilinin yaradıcılığı haqqında qısa məlumat vermişdir.

Tədbirdə çıxış edənlər şairin yaradıcılığından, uğurlarından söhbət açmış, kitabxanaçılar şairin şeirlərini söyləmiş, tələbələri şairin müəllimlik fəaliyyətindən  bəhs etmiş onun şeirlərindən nümunələr səsləndirmişlər.

Tədbirin sonunda İradə Əlili çıxış edərək yaradıcılıq uğurlarından söhbət açmış, Gəncə MKS-nin rəhbərliyinə və  tədbirin iştirakçılarına və təşkilatçısına minnətdarlığını bildirmiş və gələcək planlarından danışmışdır.