19.04.2021
17.04.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzi Kitabxana Sisteminin Zülfüqarlı Qaragüney kənd kitabxana filialında “Nizami Gəncəvi-880” başlığı altında onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Şəmsiyyə Məmmədova açaraq Nizami Gəncəvinin yaradıcılığı haqqında məlumat verdi. Tədbirdə kitabxananın fəal oxucusu Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsi Simuzər Məmmədova çıxış edərək dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət olmasından, böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamasından danışdı.
Oxuculardan Ahu Şamilova “Atanın oğluna nəsihəti” şeirini söylədi. Tədbirdə Mingəçevir şəhər Bülbül adına 2 saylı Uşaq musiqi məktəbinin tar müəllimi Ayaz Qasımovun, Nizami Şamilovunun ifasında şairin ”Sevgili canan” qəzəli səsləndirildi.
Tədbirdə oxuculardan Könül Məmişova, Xanım Süleymanova, Aysel Əliyeva və başqaları iştirak etmişdir.