19.04.2021
19 aprel 2021 – ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “ Tarixdə iz qoyanlar“ adlı onlayn tədbir keçirildi.
Tədbiri Samux rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva açaraq iştirakçıları salamladı və Nizami Gəncəvi haqqında haqqında qısa məlumat verdi. Sonra uşaq şöbəsinin kitabxanaçısı Zəminə Məmmədova dahi şairin həyat və yaradıcılığı haqqında çıxış etdi.
Uşaq şöbəsinin fəal oxucusu Rühanə Abbasova şairin mənzum hekayələri haqqında danışdı.
Multimedia resusları üzrə mütəxəssis İlahə Sadıqova şairin dünya şöhrətli “Xəmsə”sindən qısa məlumat verdi. Samux rayon Mərkəzi Kitabxana Sisteminin Qovlarsarı kənd kitabxana filialının müdiri Nəzmiyyə Xəlilova şairin “Leyli və Məcnun “ poemasından danışdı. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxana filialının müdiri Laləzər Məmmədova “Yeddi Gözəl” poeması haqqında ətraflı məlumat verdi.
Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxana filialının fəal oxucusu Ülvi Zeynallı Nizami Gəncəvinin qəzələrindən bir parça söylədi. Qarayeri qəsəbə kitabxana filialının kitabxanaçısı Cəmilə Abdullayeva Nizami Gəncəvinin kəlamlarını səsləndirdi.
Uşaq şöbəsinin müdiri Venera Məmmədova Nizami Gəncəvinin, əsərlərində azadlıq, demokratiya, əmək, qadın azadlığı, sülh məsələlərini tərənnüm etməsindən, dahi şairin ədəbiyyat tarixində müstəsna xidmətlərindən danışdı.
Tədbirin sonunda fəal oxuculardan, Rəsul Əsgərzadə, Zümrüd Rzayeva, Rühanə Abbasova şairin əsərlərindən nümünələr söylədilər.