19.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi, Samux rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Samux rayon Təşkilatı və digər təşkilatlarların birlikdə keçirdikləri, “Nizami Gəncəvi – 880” adlı videokonfransda iştirak etmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının sədri Gündüz Bayramov açıq elan etdi. O, bildirdi ki, dünya şöhrətli klassik şairimiz Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatının özəyini təşkil edir. Nizami Gəncəvinin əsərləri həm dünənimizi, həm də bu günümüzü əhatə edir. Samux rayon İcra Hakimiyyətinin Humanitar Məsələlər üzrə müavini Kəmalə Xəlilova qeyd etdi ki, Nizami Gəncəvinin 880 illik yubileyi rayon təşkilatlarında qeyd olunur. Nizami Gəncəvinin əsərləri dünya teatr səhnələrində hər zaman nümayiş etdirilir. “Leyli və Məcnun” əsəri artıq 100 ildən çoxdur ki, səhnədə nümayiş olunur və bütün dünyada Nizami Gəncəvinin əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunmuşdur.
Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva Nizami Gəncəvinin əsərləri haqqında geniş məlumat verib, çıxışının sonunda Nizami Gəncəvinin poeziyasına müraciət edərək şairin qəzəlindən bir parça səsləndirib.
Daha sonra söz digər təşkilat nümayəndələrinə verildi və onlar da öz növbələrində Nizami Gəncəvi haqqında geniş məlumat verdilər. Tədbirin sonunda mədəniyyət işçiləri tərəfindən Nizami Gəncəvinin qəzəlləri səsləndirildi.