19.04.2021
18.04.21-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər kitabxana filialı 18 aprek Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibəti ilə “Tarixi abidələrimiz milli sərvətimizdir” adlı onlayn görüş keçirtdi.
Tədbiri 6 saylı Gənclər filialının müdiri Məryəm Məmmədova açdı, daha sonra mövzu ilə bağlı hazırlanmış videoçarx təqdim olundu.
Tədbirdə Gəncə Dövlət Universitetinin Azərbaycan tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə, AMEA-nın Gəncə bölməsinin Humanitar elmlər şöbəsinin elmi katibi Mətanət Əliyeva, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Vüsalə Hüseynova, Nizami Gəncəvi məqbərəsinin direktoru Gülnarə Hüseynova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova”Qarabağın tarixi abidələri, Gəncənin tarixi abidələri, Qarabağda talan olunmuş kitabxanalarımız, Tarixi abidələrimizin qorunması”kimi maraqlı mövzularla çıxışlar etdilər.
Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi