18.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi və Abidə mühafizəçiləri 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə bağlı rayonun Rəhimli kəndi ərazisində yerləşən Mirzə Adıgözəlbəy türbələri önündə tədbir təşkil etmişlər.
Tədbiri giriş sözü ilə abidə mühafizəçisi Akif Mustafayev açaraq 18 aprel Abidələr və Tarixi Yerlər günü ilə bağlı geniş məlumat vermişdir. O, bildirmişdir ki, Azərbaycan bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Azıx mağarası, Qobustan qayaları, Qız qalası, İçəri şəhər, Şirvanşahlar sarayı, Şəki şəhəri və Qala divarları bunun bariz nümunəsidir. Akif Mustafayev bildirmişdir ki, abidələrin qorunması dövlətimizin daim diqqət mərkəzində olmuş, onlarla ölkə və dünya əhəmiyyətli abidələrimiz əsaslı şəkildə təmir olunmuşdur. Həmçinin natiq öz çıxışında söylədi ki, Qarabağ ərazisində abidələrimiz erməni vandalizmi tərəfindən məhv edilmişdir. Azərbaycan xalqının çoxəsirlik mədəni irsinə ciddi ziyan dəymişdir. Əminik ki, bu abidələrimiz tezliklə bərpa ediləcəkdir