Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günü qeyd olunub

18.04.2021

       Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Nizami Məqbərəsi ərazisində, Nizami Gəncəvi muzeyinin qarşısında 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibəti ilə mövcud karantin rejimi qaydalarına uyğun olaraq tədbir keçirildi. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov və digər mədəniyyət işçiləri əvvəlcə dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, şairin məzarı üzərinə tər qərənfillər düzdülər.

Sonra tədbir iştirakçıları Nizami Gəncəvi Muzeyinin qarşısına gələrək burada təşkil olunmuş sərgi ilə tanış oldular.

     Sərgidə Gəncə şəhər Uşaq Rəssamlıq məktəbinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin tarixi abidələri əks etdirən rəsm əsərləri, eləcə də Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri, dekorativ tətbiqi sənət ustası Məhbubə Həsənovanın, gəncəli səbət toxuma ustası Vilayət Qurbanov müxtəlif ölçüdə toxuduğu səbət nümunələri, gənc həvəskar rəssam Salman Uğurluyevin rəsm əsərləri, sərgiləndi.

Sərgidə gəncəli Elcan Yolçuoğlunun dünyanın bir çox ölkələrinin nadir, antik nümuzmatika və boniistika (pul vahidləri) nümayiş etdirildi. Tədbirdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “GöyGöl” Dövlət Mahnı və Rəqs ansamblının muğam üçlüyü iştirak etdi.

    “Göygöl” ansamblının bədii rəhbəri Sahil Quliyevin (tar), kamançaçı Ayaxan Məmişovun müşayəti ilə solist Xəyal Əliyev Nizami Gəncəvinin qəzəlini təqdim etdi.

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş tədbir yerli və respublika TV-ləri tərəfindən nümayiş üçün lentə alındı