16.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Uşaq Musiqi Məktəbində Azərbaycan bəstəkarı Qənbər Hüseynlinin anadan olmasının 105 illiyinə həsr edilmiş tədbir keçirildi. Məktəbin müəllimi Ülviyyə Namazova tədbir iştirakçılarına Qənbər Hüseynlinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Daha sonra məktəbin bir qrup müəllim və şagirdlərin ifasında isə Qənbər Hüseynlinin müxtəlif əsərləri səsləndirildi.