Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

02 Fevral Gənclər günü

01.02.2018

02 Fevral Gənclər günü ilə əlaqədar olaraq Xocalı rayon İcra Hakimiyyəti, Xocalı rayon Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Xocalı rayon nümayəndəliyi və Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin dəstəyi ilə "Piramida" ailəvi istirahət mərkəzində Gənclər günü qeyd olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri, idmançıları, rayon ərazisində yerləşən "N" saylı hərbi hissənin əsgər və zabitləri iştirak edirdilər. 
Tədbiri ilk olaraq rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov açdı və bu günkü gün münasibətilə bütün gəncləri təbrik etdi, sonra rayonun fəal gənclərini və müxtəlif yarışlarda rayonumuzu layiqincə təmsil edib medal qazanmış idmançılarımızı mükafatlandırdı. 
Təbrik üçün söz rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırova verildi, o da öz növbəsində gəncləri təbrik etdi, onlara uğurlar arzuladı. 
Sonda Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin kollektivi şən mahnılar səsləndirdilər, tədbir iştirakçıları isə rəqs etdilər.