16.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Musiqi-not fonoteka şöbəsi Əməkdar İncəsənət Xadimi, bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 105 illiyi ilə əlaqədar “Nəğmələrdə yaşayan ömür” adlı ədəbi-bədii gecə keçirmişdir.
Tədibiri giriş sözü ilə kitabxananın əməkdaşı İlahə Məmmədova şair Tofiq Mütəllibovun Qəmbər Hüseynliyə həsr etdiyi misralarla açdı.
Tədbirdə Daşkəsən rayon, Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbin musiqi müəllimi Nərmin Hüseynova "Qəmbər Hüseynlinin həyat və yaradıcılıq irsi" mövzusunda çıxış etdi.Sonra söz sevimli bəstəkarımız Qəmbər Hüseynlinin vokal yaradıcılığı mövzusu ilə çıxış etmək üçün Tovuz rayonu Bayramlı kənd Zahir Yusifov adına tam orta məktəbin musiqi müəllimi Şükufə Əmiraslanovaya verildi. Samux rayon Qarayeri qəsəbəsinin uşaq musiqi məktəbinin müəllimləri “Ay işığında” mahnısı səsləndirdilər.
Samux rayon Sərkar uşaq musiqi məktəbinin fortepiano müəllimi İlahə Abbasova “Uşaq mahnıları Qəmbər Hüseyinli yaradıcılığında” mövzusunda çıxış etdi.
“Cücələrim” mahnısını körpə fidanlar Könül müəllimənin fortepianoda müşayiəti ilə ifa etdilər. Asəf Zeynallı adına Musiqi Kollecinin və Azərbaycan Respublikasının Əməkdar artisti Babək Niftəliyevin tələbəsi Namiq Məmmədovun ifasında bəstəkarın “Sənsən” ,“İlk məhəbbət” mahnılarını ifa etdi.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira xanım Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Sonda kitabxananın əməkdaşı İlahə Məmmədova Fikrət Əmirovun Qəmbər Hüseynli haqqında dediyi sözlərlə tədbiri yekunlaşdırdı.